Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

İsrafil İsrafilov münsif oldu – Türkiyədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb.


AzNews.az xəbər verir ki, 8 ildir ki, ənənə halını alan festival Türkiyə Dövlət Teatrları baş müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunub. Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, festivalda ötən müddət ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edəcək.

Ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı "İlahi oyun" tamaşası ilə təmsil edib və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanıb. Festivalın builki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan və başqa teatrların tamaşaları daxildir.

Bu il "Min nəfəs, bir səs" festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrı "Xəsis" tamaşası ilə təmsil edəcək. Festival müddətində məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.