Ramiz Novruz: ““Azdrama”nın aktyorları orda nə gəzir?”



Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov "Gündəlik teleqraf"a verdiyi müsahibəsində Akademik Milli Dram Teatrının aktyorlarının ünvanına ağır ittiham səsləndirib: " Mənim "Azdrama"nın aktyorlarına ehtiyacım yoxdur. Burada kifayət qədər güclü orta nəsil var. Bu vaxta qədər onların daxili potensialı açılmayıb. Yəni, mənə kənardan dəvətli aktyor lazım deyil".

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz AzNews.az-a açıqlamasında rejissorun bu fikrini nə əsasla deyildiyinin səbəbini anlamadığını dedi: "Mən anlaya bilmirəm ki, Bəhram Osmanov bu fikri nəyə əsaslanıb deyib? O, Gənc Tamaşaçılar Teatrında işləyir. Bir də ki, "Azdrama"nın aktyorları o teatrda nə gəzir? Amma bir şeyi deyə bilərəm: Bəhram Osmanov "Azdrama"da möhkəmlənib, tamaşaları ilə tanınıb və bu teatrın hesabına da Gənc Tamaşaçılar Teatrında baş rejissor olub".

Gənc Tamaşaçılar Teatrından Sizə hər hansı bir rol üçün dəvət gəlsə, qəbul edərsiniz sualına
aktyorun cavabı belə olub: "Mənim üçün rol önəmlidir, məkan yox. Həm də baxır ki, mən bu gün tamaşaçıya nə çatdıra biləcəm. Bu həm əsərdən, həm də onun nəyə görə qoyulmasından. Böyük rolların xətrinə mən səhnəyə çıxmıram".

Xalq artisti Zemfira Nərimanovanın sözlərinə görə, sanballı əsər olmasa heç bir teatrın səhnəsinə çıxmaz: "O baxır əsərə. Sanballı əsərə bəlkə də gedərəm. Bir də ki, yaxşı olardı ki, Bəhram Osmanov özü bu sualın cavabını verərdi: "Nəyə görə biz onu qane etmirik"?

Bahar Rüstəmli
AzNews.az