Mehriban Əliyeva “Sülh ağacı”nın açılış mərasimində oldu

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.



AzNews.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

Birinci xanım Mehriban Əliyeva "Sülh ağacı"nın rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və "Sülh ağacı"nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.