"Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirlə bağlı Azərbaycan Yazıçılar Birliyində yeni qalmaqal yaranıb. "Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirlə bağlı Azərbaycan Yazıçılar Birliyində yeni qalmaqal yaranıb.

Anar Əsəd Cahangiri AYB-dən qovur... – Yeni qalmaqal

"Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangirlə bağlı Azərbaycan Yazıçılar Birliyində yeni qalmaqal yaranıb.


AzNews.az-a daxil olan məlumata görə, qalmaqala səbəb Əsəd Cahangirin Prezidentin müşaviri, yazıçı Kamal Abdulla haqda tənqidi yazı yazması və "Azərbaycan" jurnalında dərc edilməsi üçün baş redaktor İntiqam Qasımzadəyə təqdim etməsi olub.

Baş redaktor bunun çapına icazə almaq üçün AYB-nin sədri, xalq yazıçısı Anarla məsləhətləşib. Anar yazı ilə tanış olandan sonra əsəbiləşib. Sonra Əsəd Cahangiri kabinetinə çağıraraq bərk danlayıb və bildirib ki, bir də belə hal təkrarlansa, onu jurnaldakı vəzifəsindən, eləcə də AYB üzlüyündən uzaqlaşdıracaq. Xəbərə görə, Əsəd Cahangirlə Anarın mübahisəsi elə həddə çatıb ki, içəridəki səs-küy dəhlizdə də eşidilib.

Bildirilir ki, Anarın Ə.Cahangirə bu şəkildə əsəbiləşməsi təkcə qeyd olunan yazı ilə bağlı deyil: tənqidçinin iş otağında tez-tez spirtli içki qəbul etməsi, sonra da dəhlizə çıxaraq mahnı oxuması barədə tez-tez şikayətlərin edilməsi də AYB sədrinin bu cür aqressiv davranmasına səbəb olub.

Məsələ ilə bağlı Əsəd Cahangir AzNews.az-a bunları deyib: "Yalan söhbətdi. Bunu kim uydurub bilmirəm. Özü də o qədər xırda məsələdir ki, bunu mətbuata çıxarmaq gülməlidir. Çünki istənilən redaksiyada baş redaktorla redaktorlar arasında mübahisə olur. Lap belə bir şey olsa da, bunu mətbuata çıxarmazlar".

AYB-nin katibi, xalq şairi Fikrət Qocanın cavabı isə ümumiyyətlə qəribə olub. O, AzNews.az-a deyib ki, Anar Rzayev imkan verməz ki, kimsə ona qarşı hörmətsizlik etsin: "O, Anarın işçisidir, ona nə edə bilər? Deyəcək ki, pis yazırsan?".

Qeyd edək ki, Əsəd Cahangirin yazıçı Kamal Abdulla haqda tənqidi yazı yazması ilk hal deyil. Ötən il tənqidçinin Kamal Abdulla haqda saytların birində yazdığı məqalə böyük ajiotaja səbəb olmuşdu. Kamal Abdulla da ona iri həcmdə cavab yazmışdı. Cavabda Ə.Cahangiri rüsvay edən Facebook yazışması da yer almışdı.