- Köhnə - Mədəniyyət
- 9 İyun 2015 11:36
- 2 881
“Bu idman yarışını da uğurla sona çatdırarıq” – Habil Əliyev
“I Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza qələbə arzulayıram”.
Bunu AzNews.az-a xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyev bildirib.
Sənətkar bu oyunları stadionlardan izləyə bilməyəcəyini təəssüf hissi ilə deyib: "Çünki səhhətim evdən çıxmağa imkan vermir. Hazırda həkim nəzarətindəyəm, müalicəm ev şəraitində davam edir".
Habil Əliyev əlavə edib ki, bu tədbir Azərbaycanın adını bir daha dünyaya tanıtdıracaq: "İnşallah, bu mötəbər idman yarışını da uğurla sona çatdırarıq".
Bahar RÜSTƏMLİ
AzNews.az