"Bu məsələdə qısqanclıq hökm sürür" "Bu məsələdə qısqanclıq hökm sürür"

Cavan Zeynallı caz festivalına niyə dəvət edilməyib?

"Bu məsələdə qısqanclıq hökm sürür"



"10 ildən yuxarıdır ki, mən Azərbaycanda keçirilən caz festivalından kənarda qalıram". Bunu AzNews.az-a əməkdar artist Cavan Zeynallı bildirdi.

Müğənni bunun görünməyən tərəflərinə də aydınlıq gətirdi: "Mən küçədən gəlmə bir adam deyiləm ki. Azərbaycan Caz sənətində əməyi olan bir sənətkaram. Başa düşə bilmirəm ki, məni niyə belə yerlərə dəvət etmirlər? Bir də ki, mən dəvət alsam da, getmərəm. Gərək mənə xüsusi bir dəvət göndərilə. Açığını deyim ki, bu məsələdə qısqanclıq hökm sürür. Müğənnilər bir-birinin paxıllığını çəkirlər. Cavan Zeynallını görən kimi üzlərini o yana tuturlar. Paxıllığımı çəkirlər. Bunlar niyə belə edirlər? Başa düşmürlər ki, bunlar Cavan ola bilməzlər".

Caz-Sentr Mərkəzinin sözçüsü Ruslan Əzizov isə Cavan Zeynallının Beynəlxalq Caz Festivalına dəvət etdiyini bildirdi: "Cavan Zeynallıya mən şəxsən dəvət göndərmişəm".

Bahar Rüstəmli
AzNews.az