Aktrisa Zemfira Nərimanova ailə qurmağa hazırlaşır Aktrisa Zemfira Nərimanova ailə qurmağa hazırlaşır

Xalq artistimiz generala ərə gedir - EKSKLÜZİV

Aktrisa Zemfira Nərimanova ailə qurmağa hazırlaşır



Son vaxtlar ölkəmizin mədəni-ictimai elitasına daxil olan tanınmış şəxslərin gözlənilməz evlilikləri insanlar tərəfindən birmənalı olmasa da, maraqla qarşılanır. Belə icdivaclardan biri ilə bağlı AzNews.az-a maraqlı məlumat daxil olub.

Məlumata görə, Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zemfira Nərimanova da ailə qurmağa hazırlaşır.

Tez-tez, "Həyatımı səhnəyə qurban verməyə dəyməzmiş" deyən sevimli aktrisamızın yüksək çinli məmurlarından biri ilə rəsmi qaydada evlənməyə razılıq verdiyi bildirilir. Məmurun adı açıqlanmasa da, onun general olduğu daxil olan xəbərlər içərisindədir.

Onların toyu yaxın günlərdə ölkənin dəbdəbəli restoranlardan birində baş tutacaq.

İlkin Hüseynli
AzNews.az