Filarmoniyada kitab yarmarkası yekunlaşdı -FOTOLAR

AzNews.az-ın məluamtına görə, "Müstəqillik günü" ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi kitab yarmarkası artıq bağlanıb. Ənənəvi olaraq keçirilən Yarmarkada ölkənin əksər nəşriyyatları iştirak ediblər. Ölkənin tanınmış ictimai-siyasi xadimləri oxucuların kitablarını imzalayıblar.

Tanınmış şəxslərdən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, xalq yazıçısı Çingiz Abdullayev, Kamal Abdulla, Aqil Abbas, Əjdər Ol, gənc yazarlardan Pərviz, İlqar Fəhmi, Şərif Ağayar, Aqşin Yenisey, Xalid Kazımlı, Günel Mövlud, Qan Tural, Nərmin Kamal, Kənan Hacı, Qismət, Sevinc Pərvanə, Sevinc Çılğın, Xuraman Hüseynzadə, Faiq Balabəyli, Cəlil Cavanşir, Mirmehdi Ağaoğlu, Sayman Aruz və başqaları iştirak ediblər.
Yarmarkada oxucuların sıxlığı müşahidə olunub.

İlkin Pirəli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description