“Nağara 2015” Beynəlxalq Zərb Alətləri festivalının növbəti günü tədbirin proqramına uyğun olaraq, tarix memarlıq abidəsi olan yuxarı karvansarayda “Natiq ritm” qrupunun konsert proqramı keçirilib. “Nağara 2015” Beynəlxalq Zərb Alətləri festivalının növbəti günü tədbirin proqramına uyğun olaraq, tarix memarlıq abidəsi olan yuxarı karvansarayda “Natiq ritm” qrupunun konsert proqramı keçirilib.

Beynəlxalq Zərb Alətləri festivalı başa çatdı - Video

“Nağara 2015” Beynəlxalq Zərb Alətləri festivalının növbəti günü tədbirin proqramına uyğun olaraq, tarix memarlıq abidəsi olan yuxarı karvansarayda “Natiq ritm” qrupunun konsert proqramı keçirilib.


AzNews.az Ans-ə istinadən xəbər verir ki, axşam saatlarında isə Yay Teatrında Türkiyənin "İstanbul Harem" qrupu maraqlı konsert proqramı ilə çıxış edib.

Qrup üzvlərinin bas və zil darbukalar, tef və bendir ritm alətlərində məharətli solo ifaları tamaşaçıların gur alqışları ilə qarşılanıb.

"Bura toplaşan tamaşaçılar bizim çıxışımzı çox gözəl qarşıladılar. Onların qarşısında çox gözəl bir konsert proqramı ilə çıxış etdik. Bizim çıxışımız hər bir kəs tərəfindən sevildi. Buradan hamıya öz təşəkkürümüzu bildiririk. Çox gözəl keçdi. Ritm varsa, həyat var!", – deyə Türkiyəli musiqiçi Suat Borazan bildirib.

Suat Borazan və "İstanbul Harem" qrupunun təqdim etdiyi rəngarəng ritm kompozisiyalarından ibarət proqram musiqi sevərlərin ürəyincə olub. Qrup üzvləri səhnədə tamaşaçılarla sıx ünsiyyətlərindən razı qaldıqlarını və təşkilatçılığın yüksək səviyyədə olduğunu bildiriblər.

"Bu festivalda olmağımızdan çox xoşbəxtik. Festival ilk dəfədir ki, keçirilir. Hər il dünyanın bir sıra ölkələrində konsertlər olur. Türkiyədə də olmasını çox istəyirik və Natiq müəllimimizi də dəvət edirik. Hər iki ölkədə qarşılıqlı festival çox gözəl olacaq. Festivalın təşkilatçılarına isə çox təşəkkür edirik", - deyə qrup üzvü Çetin Əlik qeyd edib.

4 gün geniş tamaşaçı kütləsiylə davam edən "Nağara 2015" Beynəlxalq ritm festival bu gün axşam saatlarında "Natiq ritm" qrupunun möhtəşəm çıxışı ilə öz işini başa vuracaq.