Musiqili Teatrın “Əməkdar artist” fəxri adına layiq görülən əməkdaşları Prezident İlham Əliyevə təşəkkür edib. Musiqili Teatrın “Əməkdar artist” fəxri adına layiq görülən əməkdaşları Prezident İlham Əliyevə təşəkkür edib.

“Əməkdar artist”lərdən Prezidentə - Təşəkkür

Musiqili Teatrın “Əməkdar artist” fəxri adına layiq görülən əməkdaşları Prezident İlham Əliyevə təşəkkür edib.


Teatrın aktrisası Svetlana Bulax AzNews.az-a açıqlamasında bildirib ki, fəxri ad alması ilə bağlı xəbəri sərəncam veriləndən sonra eşidib: "Sevincimdən nə deyəcəyimi bilmirəm. 35 ildir ki, səhnədəyəm. Bu, Prezidentin mənim bir qərinədən də çox olan yaradıcılığıma verdiyi böyük bir qiymətdir. Mən ukraynalıyam, Ukraynada doğulmuşam, orada böyümüşəm. Amma uzun illərdir ki, həyatımı Musiqili Teatra bağlamışam. "Azərbaycan Respublikasının Əməkdar artisti" adıyla təltif edildiyim üçün çox sevinirəm".

Aktyor Əzizağa Əzizov isə bu adı 30 illik fəaliyyətinin ən yüksək qiyməti hesab edib: "Mən Qarabağda döyüşmüşəm, veteranam. Tam səmimi deyirəm, əgər günü sabah səfərbəlik elan olunsa, torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşməyə hazıram. Məni bu ada layiq görənlərə də minnətdarlığımı bildirirəm".

Baş xormeyster Vaqif Məstanov da bu sərəncamdan razı olduğunu söyləyib: "Böyük bir çoşqu içindəyəm. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Həyatımın 41 ilini sənətə həsr etmişəm. 25 ildir ki, Musiqili Teatrda çalışıram. Prezidentə məni belə yüksək bir fəxri ada layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Əslində, fəxri adların verilməsi təkcə sənətçilərin uzun illər sərf etdiyi əməyə verilən yüksək qiymət deyil, həm də onlara gələcək yaradıcılıqlarında böyük bir stimul verən hadisədir".

AzNews.az