Hacı Nuranın səhhəti pisləşdi

“Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az abu-havamı dəyişim”.

AzNews.az xəbər verir ki, bu sözləri Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.

O, bir neçə günlük Azərbaycana gəldiyini bildirib:

"Neçə vaxtdır ki, Azərbaycana heç olmasa, bir saatlıq gəlmək arzusu ilə yaşayıram. Dünən yanıma gələn Avropa Oyunları (Bakı-2015) Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mənim arzumu həyata keçirdi. İnşallah, mən sabah (28.09.2015) saat 21:10-da Almaniyanın "Lufthansa" hava yollarının Frankfurt-Bakı aviareysi ilə bir neçə günlük Azərbaycana gəlirəm. Sonra müalicə və transplantasiya üçün təkrar Almaniyaya qayıdacağam. Görüşənədək...".