Flipp Krikorovdan baş tutmayan konsertlə bağlı - AÇIQLAMA

Flipp Krikorovun mətbuat xidməti müğənninin Bakıda təxirə salınan konserti ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, əvvəlcə konsertin 9 noyabrda Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılıb: "Ancaq konsertə gəlmək istəyənlər o qədər çox idi ki, konsertin daha böyük olan Kristal Zalda keçirilməsi qərara alındı. Biletlər satıldı, ancaq təşkilatçılar gözlənilmədən konserti təxirə saldılar".

Təşkilatçıların konsertin təxirə salınmasını texniki səbəblərlə əlaqələndirdiyini deyən mətbuat xidməti bunu mümkün hesab etmir: "Bilirik ki, "Avroviziya" kimi" müsabiqənin keçirildiyi, Şakira, Cenufer Lopez kimi dünya ulduzlarının oxuduğu məkanda texniki problemlər mümkün deyil. Buna görə də konsertin təxirə salınmasının altında hansı səbəblərin dayandığını təxmin etmək mümkündür"

Qeyd edək ki, bəzi mənbələr konsertin təxirə salınmasını müğənninin atası Bedros Krikorovun Ermənistandan olan 13 yaşlı müğənni Andranik Aleksanyana kömək etməsi ilə əlaqələndiriblər.

Elnarə Əlosmanqızı
AzNews.az