Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına başlayıb. Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına başlayıb.

Musiqili teatr Yeni İl şənliyinə hazırlaşır

Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına başlayıb.


Teatrdan AzNews.az-a verilən məlumata görə, "Yeni İl" şənlikləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu il də kollektivin təşkil etdiyi "Yeni İl" şənliklərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.

AzNews.az