Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi - Fotolar

Beynəlxalq Kitab Sərgisində millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Türkiyənin Kahramanmaraş bölgəsində keçirilən və ən böyük kitab sərgilərindən biri olan 2-cu Uluslararası Kitab Fuarında millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdiyi "Karabağ hikayeleri" kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş "Allah seven kalplerdedr" və "Aşk Başka" kitablarının təqdimatı və imzalanma mərasimi olub.

Millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərə "Karabağ hikayeleri"ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib.

Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva və İ. Avşar "Karabağ hikayeleri" kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.