Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Yalçın Rzazadənin vəziyyəti yaxşıdır. Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Yalçın Rzazadənin vəziyyəti yaxşıdır.

“Bəlkə heç kimə lazım deyiləm?!” – Səhhəti pisləşən Xalq artisti

Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Yalçın Rzazadənin vəziyyəti yaxşıdır.


Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. O, bildirib ki, iki gündür ki, özünü yaxşı hiss edir: "Vəziyyətim pisləşmişdi, həkimlər telefonla belə danışmağa icazə vermirdilər. İndi yaxşıyam".

Sənətkar xəstəliyinin səbəbini ona qarşı edilən diqqətsizliklə əlaqələndirib: "Mən özümdə həyata qarşı sınıqlıq hiss edirəm. Mənə qarşı diqqətsizlik var. Sənətkarın vəzifəsini, varını, dövlətini al, bu ona təsir etməyəcək. Amma sənətkarı sındırmaq üçün ona qarşı diqqətsiz və biganə olmaq yetərlidir. Söz verirlər, eləmirlər. Bu da mənim ürəyimi yeyir. Düşünürəm ki, bəlkə mən heç kimə lazım deyiləm?!"

Bahar RÜSTƏMLİ
AzNews.az