Alim Qasımov “İstanbul”un xeyir-duasını verdi

Xalq artisti Alim Qasımov və əməkdar artist Baloğlan Əşrəfov Mehman kimi tanınan azərbaycanlı iş adamının Moskvada tikdirdiyi "İstanbul" şadlıq sarayının açılış mərasimində iştirak ediblər.

Bunu AzNews.az-a əməkdar artist Baloğlan Əşrəfov bildirib: "Biz Alim Qasımla eyni səhnəni bölüşdük. Konsertdə Azərbaycan muğamları ilə yanaşı bəstəkar və xalq mahnıları ifa etdik. Tamaşaçılar arasında Moskvalı iş adamları üstünlük təşkil edirdi".

Qeyd edək ki, bu iş adamı "Su sonası", "Sonalar sonası" şadlıq evlərinin sahibidir.

Bahar Rüstəmli
AzNews.az