Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verilib. Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verilib.

Dostunu öldürənə hökm oxundu - 16 il həbs cəzası

Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Abbasov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Xəyal Abbasov Emin Nuriyevlə birlikdə Sumqayıtda parkda yeyib-içdikdən sonra mübahisə ediblər. X.Abbasov mətbəx bıçağı ilə E.Nuriyevə 8 bıçaq zərbəsi endirib. Emin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(trend.az)

AzNews.az