Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Müştərilərin pulunu mənimsəyən bank işçisinə cəza verildi

Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Muradov 8 il, A. Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R. Muradov vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçirib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb. (oxu.az)

AzNews.az