Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Baldızını öldürmək istəyən şəxsə cəza verildi - 14 il

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşına uşaqlarını görmək istədiyini deyib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə, o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. (oxu.az)

AzNews.az