Piyadanı vurub qaçan sürücü bank işçisi çıxdı

Bakıda piyadanı vuraraq qaçan sürücü “Kapitalbank”da çalışır.

Noyabrın 22-də saat 6 radələrində Rəsul Atayev banka məxsus avtomobillə Nərimanov rayonunun Ziya Bünyadov prospektində yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. R.Atayev isə avtomobili sürərək ərazidən uzaqlaşıb.

Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(report.az)

© AzNews.az