İlkin dindirmələr zamanı məlum olub ki... İlkin dindirmələr zamanı məlum olub ki...

Arvadını qısqanclıq zəminində qətlə yetirdi - Təfərrüat

İlkin dindirmələr zamanı məlum olub ki...

Hadisə ötən gün Yevlax rayonunun Meyvəçilik kəndində qeydə alınıb.

Yevlax rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahovun AzNews.az-a verdiyi açıqlamaya görə, “29 yaşlı Saday Sadiq oğlu Sadıqov həyat yoldaşı 30 yaşlı Vəfa Şakir qızı Sadıqovanı qayınatasının evində bıçaqla qətlə yetirib. Bundan sonra S.Sadıqov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, Sadıqovlar ailəsi boşanma ərəfəsində olublar, işlərinə Yevlax Rayon Məhkəməsində baxılıb. Hadisə isə qısqanclıq zəminində törədilib. Sadıqovlar ailəsinin bir azyaşlı övladıda olub”.

Faktla bağlı Yevlax rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş cinayət hadisəsi ilə bağlı zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilib.

Azər
AzNews.az