Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da... Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da...

92 yaşlı qadın yol qəzasının qurbanı oldu...

Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da...

Ölümlə nəticələnən hadisə Bakının Xətai rayonunda qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, dekabr ayının 14-də Elgün İsmayılov idarə etdiyi “Mersedes” markalı avtomobillə M.Əmirxanov küçəsində yolu keçmək istəyən 1926-cı il təvəllüdlü Zeynəb Alıyevanı vurub. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. 92 yaşlı qadının xəsarətləri ağır olduğundan dekabr ayının 16-da orada dünyasının dəyişib.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və sürücü E.İsmayılov istintaqa cəlb olunub.

Azər
AzNews.az