300 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartını apardılar 300 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartını apardılar

Qadının maşınının şüşəsini sındıraraq qarət etdilər

300 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartını apardılar

Xətai rayonu, Yusif Səfərov küçəsində qadıının maşını qarət olunub.

AzNews.az-ın məlumatına görə, Gülşən Qurbanovaya məxsus “Hyundai” markalı avtomobilin şüşələri sındırılaraq qarət olunub. Zərərçəkən dərhal polisə məlumat verərək bildirib ki, avtomobildə olan çantasının içərisindən 300 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartı oğurlanıb.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Azər
AzNews.az