Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini alıb. Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini alıb.

Ukraynada türk qızlarının başını kim kəsib? - Yeni təfərrüat

Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini alıb.

Ukraynanın Xarkov şəhərində boğazları kəsilən Türk tələbələrlə bağlı yeni detallar ortaya çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tibb fakültəsində oxuyan 22 yaşlı Buket Kim və 20 yaşlı Zeynep Hüsünbeyindən dostları 3 gün xəbər ala bilməyib.

Bunun ardından 19 yaşlı oğlan polisə zəng edərək dostlarından 3 gündür xəbər almadığını bildirib.

Polisin sözçüsü Olga Grabar məlumatın onlara saat 09:30 radələrində gəldiyini bildirib.

Polis izmirli qızların yaşadığı evə gələndə onları bıçaqlanmış və boğazları kəsilmiş halda tapıb.

Ukrayna mediasında çıxan xəbərlərə görə, tələbələrdən biri hadisədən öncə ailəsinə Türk vətəndaşı olan keçmiş sevgilisinin onu izlədiyini deyib.

Cəsədlərin tapıldığı kirayə evin sahibinin isə qurbanlardan birinin keçmiş sevgilisi olduğu irəli sürülüb.

Amma bir başqa iddia isə ev sahibinin Ərəb olmasıdır. Abdel Taysir el Madaninin anası bir neçə həftə əvvəl eyni binadakı başqa bir mənzildə vəhşicəsinə öldürülüb.

Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini almağı düşünür.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description