"Çox bərbad vəziyyətdə yaşayırlar..." "Çox bərbad vəziyyətdə yaşayırlar..."

“Uşaqlar o evdən dərhal çıxarılmalıdır” - VİDEO

"Çox bərbad vəziyyətdə yaşayırlar..."

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə acınacaqlı vəziyyətdə yaşayan azyaşlı uşaqlarla bağlı yayılan video-görüntüdən danışarkən deyib. Sədr azyaşlıların antisanitariya şəraitində yaşadığını qeyd edib:

“Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edirəm. Uşaqlar antisanitariya şəraitində yaşadığı üçün onların sağlamlığına cox ciddi təhlükə var. Uşaqlar dərhal həmin evdən çıxarılmalı, müvəqqəti olaraq müəssisəyə yerləşdirilməlidir. Bu uşaqlar Bərdə rayonunda nənələrinin yanında çox bərbad vəziyyətdə yaşayırlar. Uşaqlardan birinin 11, ikincisinin isə 8 yaşı var. Nənəsinin dediyinə görə, uşaqların anaları ailə qurub, amma imkanı olmadığından onları özü ilə apara bilməyib. Ana kirayədə yaşayır. Uşaqların bu vəziyyətdə saxlanılmasının səbəbi, onlardan istifadə yolu ilə nələrsə əldə etməkdir. Uşaqlardan birinin psixi durumu yerində deyil. Heç biri təhsilə cəlb olunmayıb”.

Qeyd edək ki, sosial şəbəkədə acınacaqlı vəziyyətdə yaşayan azyaşlı uşaqların video-görüntüsü yayılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az