"50 min manat kredit götürüb ona verdim, sonra da 4 otaqlı evimi..." "50 min manat kredit götürüb ona verdim, sonra da 4 otaqlı evimi..."

Nazirliyin keçmiş yüksək vəzifəli şəxsi həbs edildi - Külli miqdarda dələduzluq...

"50 min manat kredit götürüb ona verdim, sonra da 4 otaqlı evimi..."

Nərimanov rayon Məhkəməsində külli miqdarda dələduzluqda təqsirli bilinərək həbs edilən Əskərov Nazim Mahmud oğlunun məhkəmə prosesi keçirilib.

AzNews.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müstəntiqin təqdimatına baxılıb və Nazim Əskərovun həbs müddəti uzadılıb.

Qeyd edək ki, Nazim Əskərov Ağdam rayonundan məcburi köçkün olan Cəfərzadə İfadə İsgəndər qızının şikayəti əsasında həbs edilib. Belə ki, 2015-ci ilin 3 dekabr tarixində Əskərov Nazim Mahmud oğlu, Gözəlov Famil Qasım oğlu və “Atabank” ASC-nin Xəzər filialı müdirinə qarşı cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İttiham aktına görə, Nazim Əskərov ilə İfadə Cəfərzadə Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında birgə işləyiblər. Ifadə xanım anbar müdiri, Nazim Əskərov isə həmin bazanın müdiri olub. Bu tanışlığın davamı olaraq 2010-cu ildə N.Əskərov İfadə xanımdan xahiş edib ki, Badamdardakı villasını təmir etdirmək istəyir. Bunun üçün Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi "Ekspressbank"a girov qoyub 50000 ( əlli min) manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən 100000 (yüz min) manat alaraq mənə verəcəyinə söz verdi. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı "Eksperress bank"ın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazimə verdim. Bu məsələdən əvvəl isə Nazim mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı mənzilimi təklif satmağı etdi. Dedi gəl evi sataq, Rusiyada qazanclı iş görək. Və özünə yaxın makler vasitəsilə evi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər.

Bundan sonra isə 2013-cü ilin oktyabrın 17-də rayonda yaşayan qardaşımın ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur oldum. Bu arada Nazim mənə bildirdi ki, yaxşı olardı ki, Bakıya bir günlük gəlim ki, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. 20 oktyabrda (bazar günü) mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famillə 43 saylı Notariat Kontoruna gedib əvvəlcə danışdılar. Bu arada mən avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona yas yerinə yola saldılar. Sonradan mənə məlum oldu ki, Nazim və Famil Ekspressbankda girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan) gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məslələr üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidəki evimi yenidən banka girov qoymuşlar.

Qeyd edək ki, əslən Gədəbəy rayonundan olan Nazim Əskərovun həyat yoldaşı Məmmədova Nərminə Qəzənfər qızı Azərbaycan Dövlət İqtisad Universitetində mühasib vəzifəsində işləyir.

Azər
AzNews.az