“Qapını sakitcə örtüb, gedib”. “Qapını sakitcə örtüb, gedib”.

Oğurlanan maşını Gədəbəydə tapılan şəxs danışdı - VİDEO

“Qapını sakitcə örtüb, gedib”.

Tovuz rayonunun Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus “Mercedes” markalı avtomobili gecə saatlarında qaçırılıb.

Maşının sahibi dərhal DİN-in “102 zəng” mərkəzinə müraciət edib. Bundan sonra Tovuz Rayon Polis Şöbəsinin əməliyyat qrup hərəkətə keçib. Axtarış tədbirləri nəticəsində oğurlanan maşın Gədəbəy rayonunun Slavyanka ərazisində tapılıb.

Cinayəti törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev polis tərəfindən saxlanılıb.

Qabil Bayramov – avtomobilin sahibi: “Hasardan aşıb, sakitcə içəridən darvazanı aşıb. Maşını itəliyib çıxarıb çölə, qapını sakitcə örtüb, gedib”.

Faktla bağlı araşdırmalar davam edir. (ARB TV)

AzNews.az