Xəstəxanada özünə gəldi, yenidən intihara cəhd etdi Xəstəxanada özünə gəldi, yenidən intihara cəhd etdi

Həmkəndlisi əxlaqsız təklif etdi - Qadın özünü avtomobildən atdı

Xəstəxanada özünə gəldi, yenidən intihara cəhd etdi

Hadisə Masallı rayonunda qeydə alınıb.

Rayonun Həsənli kənd sakini, 30 yaşlı Sevil Nazıyeva (ad-soyad şərtidir) taksi ilə gedərkən həmkəndlisi olan sürücü ona əxlaqsız təklif edib. Bunu qəbul edə bilməyən qadın sürətlə hərəkətdə olan maşından özünü yerə atıb. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

Qadın bir gündən sonra özünə gəlib və ona olunan əxlaqsız təklif bir daha yadına düşüb. O, yenidən intihara əl atıb. Qadın bu dəfə çoxlu sayda güclü təsiredici həbb qəbul edərək canına qəsd edib. Həkimlərin səyi nəticəsində S.Nazıyevanın həyatı xilas edilib. Bundan sonra S.Nazıyeva rəsmi olaraq rayon prokurorluğuna müraciət edib.

Masallı rayon prokurorunun müavini İlham Səlimovun AzNews.az-a verdiyi məlumata görə, faktla bağlı cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Həsənli kənd sakini olan sürücünün ifadəsi alınıb. Əgər taksü sürücüsünün qadına qarşı əxlaqsız təklifi sübut olunarsa, o, qanunla cinayət məsuliyyətinə cəlb olunacaq.

Bildirilir ki, qadına əxlaqsız təklif edən şəxs ailəlidir, 3 uşaq atasıdır. Qadın isə 4-5 ildir ki, ərindən ayrılıb, başqası ilə qeyri-rəsmi yaşayır, 1 övladı var.

Azər
AzNews.az