19 yaşlı alman uşağını qaçırıb PKK-lı etdilər - sonra da ...

“Turnirə qatılacaqsan” deyərək aldadıblar.

Türkiyənin Hakkari şəhərində öldürülən terroristlərdən birinin Alman vətəndaşı Jakop Riemer olduğu öyrənilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən il iyulun 9-da Hakkaridə İki Yaka dağlarında hava nəqliyyatının dəstəyi ilə 6 PKK-lı terroristin görüntüləndiyini təsbit edilib.

İnsansız hava nəqliyyatının verdiyi koordinatlarla PKK-lı terroristlər zərərsiz hala gətirilib.

Ölən terroistlərin içində Almaniya doğumlu Şiyar Gabar kod adlı Jakob Riemerin də olduğu açıqlanıb.

Bu açıqlamalardan sonra kəşfiyyat birliyinin apardığı araşdırma nəticəsində Almaniyanın Hamburg şəhərində yaşayan Luitz-Katerina Riemer cütlüyünün oğlu olan Jakopun 2013-cü ildə 19 yaşı olarkən oxuduğu məktəbin qarşısından qaçırıldığı öyrənilib.

Jakop Riemerin PKK qrupunun sözdə qurduqları idman komandası vasitəsi ilə “Turnirə qatılacaqsan” deyərək aldadılıb əvvəlcə Şimali İraqa, ordan da Kandilə aparıldığı, başqa bir əməliyyat üçün isə Türkiyə sərhədinə daxil olduğu deyilir.

Nigar CƏFƏR

AzNews.az