Hadisə Türkiyədə qeydə alınıb. Hadisə Türkiyədə qeydə alınıb.

Şirkət rəhbərini aldadaraq 10 milyon avro almaq istədilər - Film kimi əməliyyat

Hadisə Türkiyədə qeydə alınıb.

Türkiyənin tanınmış “Süzer Holding” şirkətinin idarə heyətinin sədri Sami Çakırı FETO əməliyyatı yalanı ilə aldatmağa çalışan 4 şübhəli tutulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilər Sami Çakıra zəng edərək guya ediləcək əməliyyatı əngəlləmək qarşılığında 10 milyon avro tələb etdikləri məlum olub.

Şübhəlilər haqqında iddianamə hazırlanıb.

İstanbul Baş prokurorluğunda hazırlanan iddianamədə hadisə belə danışılıb:

Dörd şübhəlidən biri olan Halil K. "Süzer Holdinq"in idarə heyətinin sədri Sami Çakıra zəng edərək özünü yüksək vəzifəli şəxs kimi tanıdıb. Ona Türkiyədə yaxın zamanda beynəlxalq əməliyyat keçiriləcəyini və Süzer Holdinqin rəhbəri Mustafa Süzerin bütün varidatının alınacağını deyib. Ertəsi gün saat 12-yə qədər Mustafa Süzer ilə görüşmək istədiyini deyib. Görüşü qəbul etməyən Sami Çakır şübhəliləri polisə verib.

İsrarlardan sonra Halil K.-yə "Süzer Plaza"da görüş vaxtı verilib. Görüşə gələn Halil özünü Milli Kəşfiyyat Təşkilatının işçiləri ilə bağlantısı olan biri kimi təqdim edib və "Süzer Holdinq"ə FETO ilə bağlı əməliyyat keçiriləcəyini deyib.

Hadisə yerində tutulan Halil K., Hüseyn K., Mehmet S. və Murat G. fırıldaqçılıq və şantajda təqsirləndirilərək həbs edilməsi istənilib.

Onların İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənilir.

Pərvanə Ağazadə

AzNews.az