D. Dorliqjava rüşvət ittihamı ilə təqsirləndirilir. D. Dorliqjava rüşvət ittihamı ilə təqsirləndirilir.

Bu ölkənin keçmiş baş prokuroru həbs edildi

D. Dorliqjava rüşvət ittihamı ilə təqsirləndirilir.

Monqolustanın Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları dünən səhər tezdən ölkənin sabiq ədliyyə naziri, keçmiş baş prokuror D. Dorliqjavanı və onun qardaşı D. Baatarı həbs edib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Monqolustan bu gün" nəşri yayıb.

Mənbə bildirir ki, 4 il öncə ölkənin sabiq ədliyyə naziri X. Temuujin sosial şəbəkəsindəki səhifəsində ölkədə 4 milyon dəyərində korrupsiyanın olduğu barədə informasiya yaymışdı. Bu günədək həmin məlumatların doğru olub-olmadığını hüquq-mühafizə orqanları yoxlamayıb.

Məlumata görə, "Altan Dornod Monqolustan" şirkəti keçmiş baş prokuror D. Dorliqjavanın kiçik qardaşının bank hesabına 4 milyon dollar köçürüb. Bu yaxınlarda isə həmin şirkətin sahibi T. Hanbold vurğulayıb ki, o, bu əməliyyatı təzyiq edildikdən sonra həyata keçirib.

Sabiq ədliyyə naziri isə bu insidentə belə aydınlıq gətirib: "Təsadüf nəticəsində qardaşımın hesabına 2 milyon dollar yatırılıb".

Ötən ilin sonunda D. Dorliqjavaya qarşı rüşvət ittihamı ilə istintaq işi başlayıb. Həmin ərəfədə "Altan Dornod Monqolustan" şirkətinin sahibi tutulduğunu və həbsxanada saxlanıldığını deyib: "Məni şantaj edərək siyasi motivlərə görə bir neçə ay həbsxanada saxladılar. Ancaq həqiqətdir ki, 4 milyon dolları baş prokurorun qardaşının hesabına köçürmüşəm".

Babək Göyüş

© AzNews.az

Babək Göyüş

© AzNews.az