"Heç bir səbəb olmadan onu öldürüb" "Heç bir səbəb olmadan onu öldürüb"

Hərbi xidmətə yollanacaq gənci keçmiş məhkum qətlə yetirdi

"Heç bir səbəb olmadan onu öldürüb"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon ərazisində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildiriblər.

Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov 3 gün sonra hərbi xidmətə getməli idi.

Azər
AzNews.az