Vəzifə səlahiyyətlərindən sui-istifadə... Vəzifə səlahiyyətlərindən sui-istifadə...

Qızına 400 minlik toy edən sabiq məmurla bağlı yoxlamalar aparılır - Rəsmi

Vəzifə səlahiyyətlərindən sui-istifadə...

"Qüdrət Şükürovla bağlı hal-hazırda araşdırma gedir. "Lifttəmir" İstehsalat birliyində Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır".

AzNews.az-ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O, bildirib ki, həmin cinayət işi üzrə bağlı istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, “Lifttəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürov ötən il oktyabr ayında vəzifəsindən çıxarılıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Qüdrət Şükürov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Azər
AzNews.az