İçərisində 67 min manat pul olan seyfin oğurlanması... İçərisində 67 min manat pul olan seyfin oğurlanması...

Avropa çempionunun evindən oğurluq edənlə bağlı - Yeni xəbər

İçərisində 67 min manat pul olan seyfin oğurlanması...

Bakı Apellyasiya Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.İsrafilovun apellyasiya şikayəti dəyişdirilib və onun 10 il azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 67 min manat pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan N.İsrafilov apellyasiya şikayəti verib.

Azər
AzNews.az