Şəmsəddin Qurbanov şirkətdə sığorta mütəxəssisi işləyib Şəmsəddin Qurbanov şirkətdə sığorta mütəxəssisi işləyib

Sığorta işçisinə qarşı cinayət işi başlanıb - Şirkətin pulunu mənimsədiyi bildirilir

Şəmsəddin Qurbanov şirkətdə sığorta mütəxəssisi işləyib

"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət törədən şəxsə cinayət işi başlanıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Şəmsəddin Qurbanov ASC-ə qarşı mənimsəmədə ittiham olunub.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. S. Qurbanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 29-a təyin edilib.

Qeyd edək ki, Ş. Qurbanov barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (məniməsəmə, şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Azər
AzNews.az