O, 25 bıçaq zərbəsindən öldürülüb. O, 25 bıçaq zərbəsindən öldürülüb.

Məşhur aktyorun nəvəsini öldürən şəxs 20 il həbs cəzası aldı - FOTO

O, 25 bıçaq zərbəsindən öldürülüb.

Hollivudun tanınmış aktyoru Morqan Frimanın nəvəsi İdena Haynsı öldürməkdə şübhəli bilinən və 2018-ci ilin mayında gözaltına alınan Lamar Devenport keçirilən məhkəmə iclasında 20 il həbs cəzası alıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Manhetten dairə prokurorluğu məlumat yayıb.

33 yaşlı Hayns Nyu-Yorkdakı evinin qarşısında 2015-ci ildə 25 bıçaq zərbəsindən öldürülüb. İstintaqın nəticəsində məlum olub ki, cinayəti Devenport törədib.

O, hadisə vaxtı alkoqolun və narkotiklərin təsiri altında olub.

İdena Haynsın anası Dina Adayr Morqan Frimanın birinci həyat yoldaşının qızıdır. Aktyor onu övladlığa götürüb.

Amerika tabloidləri yazırdı ki, aktyorun həmin xanımla sevgi münasibətləri var o, hətta onunla evlənməyə hazırlaşırdı.

Lakin aktyor bunu inkar edib.

Fəridə Abdulla

AzNews.az