İki gündə 208 cinayət törədildi - 49 nəfər saxlanıldı

Cinayət hadisələri istirahət günlərində qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, axtarışda olduğuna görə, ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

AzNews.az