"Gözümü açanda polis bölməsində idim”. "Gözümü açanda polis bölməsində idim”.

Həyat yoldaşını öldürən 83 yaşlı kişi etiraf etdi - "Özümdə deyildim"

"Gözümü açanda polis bölməsində idim”.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 74 yaşlı həyat yoldaşı Esme Aksakalı bıçaqla öldürən 83 yaşlı Bilal Aksakal İstanbul Ağır Cinayətlər Məhkəməsinə çıxarılıb.

O, izahatında “Esme mənə xəyanət edirdi. Sosial şəbəkədə tanış olduğu kişilərlə danışırdı. Mənə ayrılmaq istəyidini dedi, razı olmadım. Evdən çıxıb getmək istəyirdi, icazə vermədim. Özü təkid etdi, bıçağı mənə uzatdı və dedi ki, al, öldür məni. Özümdə deyildim, bir dəfə bıçaqla vurdum, yerə yıxıldı. Dedim "Üzr istəyirəm, səni sevirəm". Daha sonra qollarımı kəsdim, dərman içdim, Esmenin yanına uzandım. Gözümü açanda polis bölməsində idim” deyib.

Məhkəmə Bilal Aksakalın həbs edilməsi haqda qərar verib.

Nigar CƏFƏR

AzNews.az

image description