Onun evindən 25 kq marixuana və odlu silah aşkar edilib. Onun evindən 25 kq marixuana və odlu silah aşkar edilib.

Həyətində narkotik plantasiyası saxlayan şəxs hakim qarşısında

Onun evindən 25 kq marixuana və odlu silah aşkar edilib.

Külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağa Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, hazırda Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, 1989-cu il təvəllüdlü Ağa Tahir oğlu Zəkiyevin Maştağa qəsəbəsi Albalılıq yaşayış massivindəki evində axtarış aparılıb.

Axtarış nəticəsində həyətdə 2 kq 150 qram marixuana, 2.115 ədəd ümumi çəkisi 23 kq olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Evin içində aparılan axtarış zamanı isə qonaq otağında üzərində “Draqib 18PA006” yazıları həkk edilən pompalı tüfəng tapılıb.

Azər
AzNews.az