Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Maştağa və Ağdaşda vurulan piyadalar öldü - təfərrüat

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailovidarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Yanvarın 26-sı saat 1 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, o, hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az