3700 manat oğurlayan 3 yeniyetmə saxlanıldı

Onların başqa oğurluqlar etdikləri də aşkar edilib

Biləsuvarda evdən və həyətlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini Q. Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən gecə saatlarında 3700 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən ikisi Biləsuvar biri isə Masallı sakini olmaqla 3 yeniyetmə saxlanılıb və oğurlanan pulun bir qismi onlardan maddi sübut kimi götürülüb. Aparılan araşdırmalarla saxlanılan şəxslərin digər analoji əməllərinin də üstü açılıb. Belə ki, onların Biləsuvar rayonunun ayrı-ayrı vaxtlada Bəydili kəndindəki 2 həyətdən ümumilikdə 11 ədəd hind quşunu oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az