İranlının 77 min manatını necə ələ keçirdi? - Məlum olub ki...

Cinayət işində 14 zərərçəkmiş var

Bakıda dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, təqsirləndirilən qadın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən əcnəbi vətəndaşı Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 77 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var.

Azər
AzNews.az