7 yaşlı uşağı öldürmək istədi, 14 il azadlığını itirdi

Hadisəyə səbəb uşağın onun üzərinə pirotexniki maddə atması olub

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edəki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daşla vuraraq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.

M.Bağırov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham olunub.

Azər
AzNews.az