- Qanundan kənarda
- 30 Yanvar 2019 12:28
- 2 050
"Niva"ya mindirib soydular - polis tərəfindən yaxalandılar
Zərərçəkənin mobil telefonu və qol saatını alıblar.
Nərimanov rayonunda 3 nəfər bir nəfərə qarşı soyğunçuluq törədib.
DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər.
Paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanmışdır.
Nərimanov RPİ-də araşdırma aparılır.
AzNews.az