Lənkəranda qətl törədən şəxs saxlanıldı - Rəsmi

Hadisə şəxsi münaqişə zəminində törədilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

AzNews.az