Hadisə Novxanı qəsəbəsində qeydə alınıb Hadisə Novxanı qəsəbəsində qeydə alınıb

Yanacaqdoldurma məntəqəsindəki bankomatı yarmaq istədi

Hadisə Novxanı qəsəbəsində qeydə alınıb

Bakıda oğurluğa cəhddə təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az