Sonra isə Türkiyə vətəndaşını yaraladı Sonra isə Türkiyə vətəndaşını yaraladı

“KamAZ”la piyadanın ölümünə səbəb oldu

Sonra isə Türkiyə vətəndaşını yaraladı

Ucarda ağır yol qəzası olub.

AzNews.az xəbər verir ki, hadisə fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb. Şəki rayon sakini Cavanşir Məmmədov idarə etdiyi “KamAZ” markalı, 55 BT 032 dövlət nömrə nişanlı yük maını ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İdarəetməni itirən yük maşını daha sonra Türkiyə vətəndaşı Fateh Mehmet Kurtoğlunun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az