Həyətindən 150 çətənə kolu, 5,1 kq marixuana aşkar edilib Həyətindən 150 çətənə kolu, 5,1 kq marixuana aşkar edilib

Binədə marixuana plantasiyası saxlayan şəxs həbs edildi

Həyətindən 150 çətənə kolu, 5,1 kq marixuana aşkar edilib

Xəzər sakininin evindən çətənə plantasiyası aşkar edilib.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
​Faktla bağlı araşdırma aparılır.

AzNews.az