Götürülmüş silah-sursat ekspertizaya təqdim olunub Götürülmüş silah-sursat ekspertizaya təqdim olunub

“Kalaşnikov” avtomatı saxlayan şəxs həbs edildi

Götürülmüş silah-sursat ekspertizaya təqdim olunub

Qanunsuz saxlanılan silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, fevralın 13-də daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini Əli Zülfüqarov saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.

Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

AzNews.az