Əməliyyata 150 yaxın polis əməkdaşı cəlb olunub. Əməliyyata 150 yaxın polis əməkdaşı cəlb olunub.

İtaliyada mafiya başçısı həbs edildi

Əməliyyata 150 yaxın polis əməkdaşı cəlb olunub.

İtaliya polisi axtarışda olan “Kamorra” mafiya qrupunun başçılarından biri, mafiyanın keçmiş başçısı Paolo Di Lauronun oğlu Marko Di Lauranı 14 ildən sonra həbs edib.

İtaliyanın “thelocal.it” saytı xəbər verir ki, 38 yaşlı cinayətkar Neapol şəhərinin Çiyayano kommunasındakı evində xüsusi əməliyyat nəticəsində həbs edilib.

Əməliyyata 150 yaxın polis əməkdaşı cəlb olunub. Axtarışlar zamanı heç bir silah-sursatın aşkarlanmadığı və cinayətkarın polisə müqavimət göstərmədiyi bildirilib.

Di Lauranın hüquq-mühafizə orqanlarından gizlənmək üçün bir neçə il bundan əvvəl plastik cərrahiyə əməliyyatı keçirdiyi bildirilir.

İtaliyanın Baş naziri Cüzeppe Konte aparılmış uğurlu əməliyyata görə “twitter” vasitəsilə polislərə təşəkkür edib.(AZƏRTAC)

AzNews.az